"Vətənin qəhrəman oğulları"na həsr olunmuş onlayn görüş

Məktəb üzrə 18.01.2021- ci il tarixdə "Vətənin qəhrəman oğulları"na həsr olunmuş onlayn görüş keçirilib.

Görüşdə məktəbin direktoru M. İsmayılova, müəllimlər, şagirdlər və məktəbimizin müharibədən qayıdan yetirmələri istirak ediblər. Tədbirdə ilk olaraq vətən uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.

Məktəbin direktoru Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini şanlı qələbəyə aparan daxili və xarici siyasətindən, müzəffər ordumuzun zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifədən, qəhrəman vətən övladlarının şücaətindən danışaraq gənc nəslə vətənpərvər ruhda böyümələri istiqamətində tövsiyələr verib.

Şagirdlərin ifasında vətənə, qəhrəmanlara həsr olunmuş şeirlər, mahnılar səslənib. Onların hazırladıqları təqdimatlar dinlənilib, video-çarxlar və çəkdikləri rəsmlər nümayiş etdirilib.

Müharibənin ilk günlərindən cəbhəyə gedən məktəbimizin məzunlarından Elmar döyüş yolu haqqında danışaraq şagirdləri maraqlandıran sualları cavablandırıb.

Tədbirin sonunda şagirdlər bu görüşdən məmnun olduqlarını bildirərək məktəbimizin müharibədən şərəflə qayıdan məzunlarına minnətdarlıq ediblər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi