Onlayn iclas keçirilib

08.01.2021-ci il tarixdə Microsoft Teams platformasında məktəbin pedaqoji heyətinin iştirakı ilə iclas keçirilib.

İclasda məktəbin direktoru M.İsmayılova "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" BŞTİ-nin 2020-2021-ci tədris ili üçün "Fəaliyyət planı"nın icra istiqamətləri barədə məlumat verib.

Azərbaycan xalqının qırx dörd günlük müharibədə qazandığı tarixi qələbənin mahiyyət və məzmununun şagirdlərə çatdırılması, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə apardığı daxili və xarici siyasəti, məktəblilərdə vətəndaşlıq mövqeyinin formalaşması, təlim-tərbiyə prosesində hərbi vətənpərvərlik tərbiyəsi sahəsində şagirdlərə orduya rəğbət, vətənə xidmət, xalqa məhəbbət hislərini aşılanması istiqamətində planlaşdırılan fəaliyyətlərdən danışıb.

İclasda həmçinin, bu sahədə görülmüş işlərin müzakirəsi aparılıb.

Fəaliyyət Planında qeyd olunan hədəflərin həyata keçirilməsi istiqamətində sinif rəhbərlərinə və fənn müəllimlərinə tövsiyələr berilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi