31 dekabr Dünya Azərbaycanlıarının Həmrəylik Gününə həsr olunmuş onlayn tədbir keçirilib

Müəllim və şagirdlərin iştirakı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə onlayn tədbir keçirilib.

Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi və əhəmiyyəti barədə şagird təqdimatları dinlənilib. Təqdimatlarda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün respublikamızda və dünyanın müxtəlif ölkələrində geniş şəkildə qeyd olunduğu, Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ulu öndərin bu sahədəki irsinin daim diqqət mərkəzində saxlanıldığı nəzərə çatdırılıb.

Şagirdlərin bir qismi inşa yazıları ilə çıxış ediblər. Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq və məhəbbət hisslərini özündə təcəssüm etdirir.

Tədbirdə şagirdlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Vətənə, həmrəyliyə aid şeirlər söyləyiblər, mahnı oxuyblar və rəqs ediblər.

Tədbirin sonunda qeyd olunub ki, xalqımızın dövlətimiz, prezidentimiz  ətrafında sıx birliyi, həmrəyliyi sayəsində torpaqlarımız işğaldan azad olunub, erməni faşistləri üzərində qələbə çalınıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi