“Başqa /Another” layihəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Avropa İttifaqının əməkdaşlıq etdiyi “eTwinning plus” proqramına əsasən məktəbimizin ibtidai sinif müəllimi Tanya Məmmədova şagirdləri ilə “Başqa /Another” layihəsində iştirak edir.
Layihənin məqsədi odur ki, uşaqlar davamlı "Başqa nə edə bilərik" sualını verərək fərqli düşünmə qabiliyyətlərini inkişaf etdirir və akademik müvəffəqiyyətlərini artırırlar.
Layihə şagirdlərimizin dərslərə həvəslə qatılmaqlarını, ən uyğun öyrənmə mühitini təmin edir. Onların kəşf etmələrini təmin edərək özlərinə inamın artmasına zəmin yaradır. Problemi həlletmə bacarıqlarını inkişaf etdirir.
Şagirdlərin təsəvvürlərini və əl bacarıqlarını inkişaf etdirmə məqsədi ilə müxtəlif tapşırıqlar verilir. Məsələn: iki nöqtə ilə ağıllarına gələn rəsmi çəkmək (“Noktaların dansı”), həndəsi fiqurlardan başqa nə etmək olar? (“Motiflerin dansı”), dairələrlə baqşa fikirlər (“Dairələrin dansı”) və s.
Bundan əlavə, layihənin rolu yaradıcı dramaturgiya ilə dil inkişafına töhfə verilməsi, həmçinin şagirdlərdə sıfır tullantı şüurunun yaradılmasıdır. Bu layihə bir çox fənlərlə, o cümlədən, informatika fənni ilə inteqrasiya olunur.
Şagirdlər Web 2.0 alətləri ilə daha yaxın tanış olur və onların istifadə qaydalarını öyrənir.
Bu layihədə müəlliməyə və şagirdlərinə uğurlar arzulayırıq.