"Sorumluyuz/We The Responsıble" layihəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Avropa İttifaqının əməkdaşlıq etdiyi "eTwinning plus" proqramına əsasən həyata keçirilən layihələrdə məktəbimizin ibtidai sinif müəllimləri Bədirnisə Quliyeva, Tanya Məmmədova II, Dilşad Şeyxzadə, İlahə Əhmədova I sinif şagirdləri ilə aktiv fəaliyyət göstərirlər.

Belə layihələrdən biri də "Sorumluyuz/We The Responsıble" layihəsidir. Layihənin məqsədi şagirdlərə kiçik yaşlardan təbiətə və canlılara sevgi aşılamaq, onların gələcək nəsillərə yaşıl bir dünya bəxş etmək bacarıqlarını üzə çıxarmaqdır.

Şagirdlər bu layihədə özlərini, məktəbimizi layiqincə tanıdırlar. Onlar ətraf mühitin təmizliyini qorumaq, tullantılardan məmulatlar, quş yemliyi hazırlamaq, bitki yetişdirmək kimi fəaliyyətləri WEB 2.0 alətlərindən istifadə edərək yerinə yetirirlər, çalışdıqları müddətdə kurikulum standartlarını reallaşdırırlar.

İnanırıq ki, şagirdlərimiz qarşıda olan 3 ay ərzində daha da səylə çalışaraq tapşırıqları yerinə yetirəcəklər və yeni bacarıqlara yiyələnərək nailiyyətlər qazanacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi