“STOP THE CORONA” etwinning layihəsi

“STOP THE CORONA” etwinning layihəsində yer alan məktəbimizin ibtidai sinif müəllimi Bədirnisə Quliyeva II a sinif şagirdləri ilə bütün fəaliyyətləri layiqincə yerinə yetirmişlər.
Layihənin məqsədi COVİD-19 dövründə şagirdlərin vəziyyətə üyğun davranmalarını, distant təhsil dövründə evdə qalaraq, əylənərək öyrənmələrini, koronadan qorunmaq üçün düzgün qidalanmaq, virusa qalib gəlmək üçün qaydalara əməl etməyə, yəni məsafə, maska və təmizliyə əməl etmələrini saxlamaqdır.
Şagirdlər üzərilərinə düşən öhdəlik olaraq Yaponiya ölkəsində korona virusun nəticələrini araşdırmışlar. Onlar bütün fəaliyyətləri yerinə yetirmək üçün WEB 2.0 alətlərindən istifadə etmişlər.
Şagirdlərə gələcəkdə də uğurlu fəaliyyətlər göstərmələrini arzulayırıq.