Qarabağ Azərbaycandır!

Bakı şəlhəri 102 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Kamalova "Qarabağ Azərbaycandır" mövzusunda 5"b" sinif şagirdləri ilə onlayn tədbir keçirib.
Şagirdlərə xalqımızın zəfər tarixi, birinci və ikinci Qarabağ döyüşləri, 44 günlük müharibə dövründə qələbənin təmin edilməsi istiqamətində Ali Baş Komandan İlham Əliyevin gərgin və səmərəli fəaliyyəti haqqında geniş məlumat verilib.
Vətən müharibəsində həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb. Şagirdlər şəhidlərimiz haqqında topladıqları məlumatları təqdim edblər. Şeirlər söyləyiblər, çəkdikləri rəsmlərini nümayiş etdiriblər.
Tədbirdə, həmçinin qazilərimizə cansağlığı, yaralı əsgərlərimizə allahdan şəfa dilənib.
Beşincilər vətənə layiqli övladlar olacaqlarına soz veriblər.