"Heydərçilərik biz"

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məktəbimizin müəllim və şagirdlərinin iştirakı ilə onlayn tədbir keçirilib.
Tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini birdəqiqəlik sükutla ehtiramla yad ediblər.
Tədbirdə ümummilli lider H.Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu, müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində həyata keçirdiyi uğurlu fəajiyyəti, elm və təhsil sahəsində əldə etdiyi böyük nailiyyətlər barədə şagirdlərə geniş və ətraflı məlumat verilib.
Şagirdlər keçdiyi ömür yolu, yaşadığı mənalı həyat gənc nəslə örnək, əsil tərbiyə məktəbi olan görkəmli dövlət xadimi, dahi insan H.Əliyev haqqında hazırladıqları təqdimatlarla çıxış ediblər, mahnılar ifa ediblər, şeirlər söyləyiblər.
Tədbir iştirak edənlər ibtidai sinif müəllimiu D.Şeyxzadənin Əşrəf Ağayevin sözlərinə bəstələdiyi “Heydərçilərik biz" mahnısını böyük maraqla dinləyiblər.
Şagirdlərin bir qismi dahi şəxsiyyətə olan ehtiram və məhəbbətini çəkdikləri rəsmlərlə ifadə ediblər.
Çıxış edənlər H.Əliyevin Azərbaycan xalqının qəlbində daim yaşayacağını, böyüməkdə olan gənc nəslin bu dahi şəxsiyyətin zəngin irsindən bəhrələnəcəyini diqqətə çatdırıblar.