Zəfər tariximiz

44 günlük vətən müharibəsi xalqımızın milli ruhunu, qürurunu, vüqarını özünə qaytardı.

Qanları vətən eşqiylə coşan igid ərənlərimiz düşmənə məhvedici zərbələr endirdi. Dövlətimizin yeni hərb, zəfər tarixini yazdı. 44 günlük müharibə dövründə Xalqımız dövlətçilik, azərbaycançılıq ideologiyasına əsaslanaraq milli birlik nümayiş etdirdi.

Dövlət - xalq birliyi, vətənə olan sonsuz sevgi düşmən üzərində tam qələbəni təmin etdi. Torpaqlarımız geri alındı. Ərazi bütövlüyümüz bərpa olundu.

Xarı bülbül şəhidlərin simvoluna dönərək vətənə qayıtdı. Bu gün üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarımızda qürurla dalğalanır.

Xalqımızın zəfər günlərindən sevinən, iftixar hissi keçirən Bakı şəhəri 102 nömrəli tam orta məktəbin şagirdləri də vətənə olan sevgilərini çəkdikləri rəsmlərdə, hazırladıqları video-çarxlarda, söylədikləri şeirlərdə əks etdirirlər. Həmçinin məktəbin foyesindən asılmış qəhrəman vətən oğullarının şərəfinə düzəldilmiş "Zəfər tariximiz" adlı stendi həvəslə izləyirlər.    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi