Ə.Haqverdiyevin anadan olmasının 150 illik yubileyi qeyd olunub

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi ilə bağlı açıq dərs keçirilib.

Dərs zamanı şagirdlərə Əbdürrəhim bəy Haqverdiyevin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Qeyd edilib ki, Ə.Haqverdiyev maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərmiş, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında mühüm rol oynamış, dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açmışdır. Onun hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirmiş, maarifçiliyin alovlu təbliğatçısı olaraq insanları daim mədəni oyanışa və tərəqqiyə səsləmişdir. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışmışdır.

Dərsin sonunda şagirdlər oxuduqları əsərlərdən parçalar səsləndiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi