Beş layihə, beş ödül

Bakı şəhəri 102 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Bədirnisə Quliyeva 2019-2020-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Avropa İttifaqının əməkdaşlıq etdiyi "eTwinning plus" proqramına əsasən həyata keçirilən bir layihənin qurucusu və bir neçə layihənin iştirakçısı olub.
Bu layihələrdən "Qayğı göstər, hörmət et" Təhsil sisteminin informasiyalaşdırma idarəsinin Uds heyəti tərəfindən, "Deyerlenerek büyüyoruz", "Adabi Muaşeret", "Respect", "İ learn by travelling" layihələri isə həm Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin Uds heyəti tərəfindən Milli Keyfiyyət nişanı, həm də Avropa İttifaqının Keyfiyyət nişanı ilə mükafatlandırılıb.
B.Quliyeva və şagirdləri Türkiyə və 5 Avropa ölkəsinin müəllim və şagirdləri ilə əməkdaşlıq edərək etkinliklerini yerinə yetirmişdir. Bu layihələrdə çalışmaqla şagirdlərdə dostluq, vətənpərvərlik, mənəvi dəyərlərdən bəhrələnərək, özünü, ölkəsini tanıtmaq kimi xüsusiyyətlər formalaşdırmışdır. Nəticədə həm müəllim, həm də şagirdlər sertifikatla mükafatlandırılmışdır.
Məktəbimizin adını Avropa məktəbləri sırasında görmək sevindirici haldır. Bədirnisə müəlliməyə işlərində uğurlar arzulayırıq.