Milli Dirçəliş Günün mübarək, Azərbaycanım!

17 noyabr-Milli Dirçəliş Günü münasibəti ilə onlayn formatda rəsm müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi

vətənpərvərlik tərbiyəsinin səmərəliliyinin artırılması, şagirdlərin azərbaycançılıq, dövlətçilik məfkurəsi əsasında tərbiyə edilməsidir.

Onlayn dərslərdə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında şagirdlərə ətraflı məlumat verilib. Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsində əsas mərhələlərindən biri olduğu vurğulanıb, ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs olunub. Həmçinin ümummilli liderin məqsədyönlü siyasəti nəticəsində ölkədə əmin-amanlığa və ictimai-siyasi sabitliyə nail olunduğu bildirilib.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən proseslərin mahiyyəti barədə danışılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi