Qürurla dalğalan, bayrağım!.

Sevin, Vətənim! Bayrağın qürurla dalğalanır. Torpaqların geri alınır. Düşmən arxasına belə baxmadan vahimə içində qaçır.

Çünki onları Şəhid qanı axan torpaqlarımızdan qovan müzəffər, nizamlı Ordumuz, qətiyyətli, cəsarətli, uzaqgörən Ali Baş Komandanımız, düşməni lərzəyə salan, vətənini, xalqını canından çox sevən igid əsgərlərimiz var!

Yaşasın Azərbaycan əsgəri! Yaşasın Ali Baş Komandan! Yaşasın Milli Ordumuz!

Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizə əbədi eşq olsun!

Bu gün 9 Noyabr Dövlət Bayrağı Günüdür. Bayramın mübarək, canım Azərbaycanım!

Dalğalan, dalğalan, göylərə ucal, Bayrağım!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi