“Məktəb avtobusu” pilot layihəsinə start verilir

Təhsil Nazirliyi həftəsonları  ictimai nəqliyyatın fəaliyyət göstərmədiyini nəzərə alaraq müvafiq qurumlarla birgə  məktəblərdə əyani tədrisə dəstək üçün yeni layihəyə start verir.

Qeyd edək ki, xüsusi karantin rejimi dövründə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində şagird sıxlığının səmərəli tənzimlənməsi məqsədilə bir sıra  dövlət ümumtəhsil müəssisəsində altı günlük dərs həftəsi tətbiq olunub.

Layihə çərçivəsində Bakı Nəqliyyat Agentliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 oktyabr tarixindən etibarən seçilmiş istiqamətlərdə şənbə günləri ictimai nəqliyyatın hərəkəti təmin olunacaq. İlk dəfə pilot qaydada təşkil ediləcək xüsusi marşrutlar üzrə avtobuslardan yalnız məktəb tərəfindən arayış verilən  müəllim, şagird və valideynlər istifadə edə biləcəklər. Valideynlər və müəllimlər  oktyabrın 9-dan müvafiq təhsil müəssisələrinə müraciət etməklə arayışı əldə edə bilərlər.

Növbəti həftələrdə layihənin əhatə dairəsinin genişləndirilməsi davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM