"Üç alov" yaradıcılıq festivalının qalibləri

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika  Uşaq-Gənclər İnkişaf  Mərkəzi  tərəfindən  keçirilən “Üç alovadlı uşaq və gənclərin onlayn Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalının nəticələri açıqlanıb.

Məktəbimizin VIII “q” sinif şagirdi Əlili Şəms“ 12-14 yaş qrupunda instrument ifaçılığı (VİOLA) üzrə II yeri tutub.

IVqsinif şagirdi Nuray Bayramova 9-11 yaş qrupunda milli rəqs üzrə “Damlarəqs qrupunun tərkibində iştirak edib. III yerin qalibi olub.

Hər iki şagirdimizi təbrik edirik. Yeni - yeni nailiyyətlər arzulayırıq.

Qeyd edək ki, “Üç alov” onlayn Beynəlxalq Folklor, Klassik və Müasir yaradıcılıq festivalının əsas məqsədi uşaq, yeniyetmə və gənclərin bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması, milli-mənəvi inkişafı, istedadların üzə çıxarılması, mədəni irsimizin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi, bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsi və artırılması, folklor, klassik və müasir istiqamətlərdə yaradıcılığın bütün sahələri üzrə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların qabilliyətlərinin inkişaf etdirilməsinə dəstək olmaqdan ibarət olub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi