28 May Respublika Gününə həsr olunmuş onlayn dərs

Tarix fənnindən növbəti onlayn dərs "28 May Respublika Gunü"nə həsr olunub. Dərsdə şagirdlərin hazirladıqları təqdimatlar dinlənilib, slaydlar göstərilib. Şagirdlərə bu şanlı tarix haqqında məlumat verilib. Qeyd edilib ki, Azərbaycan xalqının tarixində unudulmaz günlərdən biri olan 28 May Respublika günü xalqımızın tarixində ən möhtəşəm və parlaq səhifədir. Məhz həmin gün 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Xalq Cümhuriyyəti yaradılıb, lakin bu dövlət cəmi 23 ay ömür sürüb.

Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyəti dövründə Azərbaycan tarixində qızıl hərflərlə yazılmış zəngin dövlətçilik ənənələri yaradıb. Bütün ziddiyyətlərə və çətinliklərə baxmayaraq Azərbaycan Demokratik Respublikasının dövlət atributlarını yaratmaq istiqamətində ciddi addımlar atılıb: Azərbaycan dili dövlət dili elan edilib, Azərbaycan Xalq Cümhuriyyətinin milli dəyərlərimizə arxalanan üç rəngli dövlət bayrağı, dövlət himni, dövlət gerbi qəbul olunub.

 Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın - kişi bərabərliyini təmin edən cümhuriyyət, o cümlədən milli ordu, milli pul, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin edilməsi, iqtisadi islahatların həyata keçirilməsi sahəsində uğurlu nəticələrin əldə edilməsini təmin edib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Türkiyə dövləti olub. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş verib.

Yetmiş il əsarət altında qalan Azərbaycan xalqı 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini bərpa etdi. Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində azad, müstəqil Azərbaycan dünyanın siyasi, iqtisadi həyatında müstəqil ölkə kimi inamlı addımlar atdı.

Bu gün ölkə prezidenti İlham Əliev ümummilli liderin yaratdığı dövlətçilik ənənələrini layıqincə davam və inkişaf etdirir.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM