Mən səyahətlərlə öyrənirəm

Məktəbimizn ibtidai sinif müəllimi Bədirnisə Quliyeva yeddi ölkədən 17 nəfər müəllimin, 159 nəfər şagirdin qatıldığı "l learn by travelling" (Mən səyahətlərlə öyrənirəm) eTwinning layihəsində öz şagirdləri ilə iştirak edir. Layihənin yaradıcıları Türkiyədən Zennube Esen, Ruminyadan Dana Munteandır.

Layihənin əsas məqsədi müxtəlif məkanlara: muzeylərə, tarixi yerlərə, məscidlərə, kitabxanalara, kino-teatrlara səyahət etməklə şagirdlərin dünyagörüşünü artırmaq, maddi-mənəvi dəyərləri öyrənmə istəyini formalaşdırmaqdır.

Layihədə iştirak edən şagirdlərimiz səyahətlərlə bağlı kiçik hekayələr yazır, onları səsləndirirdilər. Bu da onlarda həm bədii təfəkkürün və nitqin inkişafına, həm də fərqli ölkələrdən olan məktəbliləri tanımalarına yardımçı olur.

Layihə çərçivəsində “Evdə qal, sağlam qal” devizi altında keçirilən 159 nəfər şagirdin qatıldığı sloqan yarışmasında məktəbimizin şagirdi Əlinin hazırladığı sloqan yer tutaraq qalib olub. Sloqan türk və ingilis dillərində hazırlanıb.

Koronavirus pandemiyası dövründə bu səyahətlər onlayn şəkildə yerinə yetirilir, müəllimlərin, məktəblilərin evdə qalaraq asudə vaxtlarının səmərəli təşkilinə, zamanlarıını dəyərləndirmələrinə çox faydalı olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi