“Qayğı göstər, hörmət et”

Qurucuları məktəbimizn ibtidai sinif müəllimi Bədirnisə Quliyeva və 181 nömrəli tam orta məktəbin müəllimi Rəqsanə Zamanova olan “Qayğı göstər, hörmət et” eTwinning layihəsində Azərbaycan və Türkiyədən 9 nəfər müəllim və 40 nəfər şagird iştirak edir.

Məktəbimizin qabaqcıl ibtidai sinif müəllimi Dilşad Şeyxzadə və gənc müəllim Tanya Məmmədova da öz şagirdləri ilə bu layihəyə qatılıblar.

Layihənin əsas məqsədi şagirdlərdə yaşlılara, fərqlilərə qayğı, böyüklərə hörmət, təbiətə, heyvanlara qayğı göstərmək kimi mənəvi və insani keyfiyyətləri artırmaq və daha da dərinləşdirməkdir.

 Layihədə iştirak edən şagirdlərimiz rəsm çəkmək, səhnəciklər hazırlamaq, bildiklərini ifadə etmək, şeir söyləmək kimi bacarıqlarını inkişaf etdirirlər. Qardaş ölkələrin uşaqları ilə dostluq əlaqələri yaradırlar. Bu da onlarda həm bədii təfəkkürün inkişafına, həm də fərqli ölkələrdən olan məktəbliləri tanımalarına kömək edir.

Koronavirus pandemiyası dövründə bu fəaliyyətlər onlayn şəkildə yerinə yetirilir, məktəblilərin evdə qalaraq ailələrinə kömək etmələrinə, zamanlarıını dəyərləndirmələrinə önəm verir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi