Şagirdimiz " Virtual əlaçı" adını qazanıb

Aprelin 15-dən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" portalında “Virtual əlaçı” bilik yarışmasına start verilib. Yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

Yarışmada iştirak etmək üçün portalda “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez düzgün cavab vermiş ilk 10 nəfər şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.

“Virtual əlaçı” bilik yarışmasının hər həftə keçirilməsi nəzərdə tutulub.

Məktəbimizin şagirgləri “Virtual əlaçı” bilik yarışmasına həvəslə qoşuliblar. II ”q” sinif şagirdi Əli Əsədov IV həftənin nəticələrinə görə “Virtual əlaçı” seçilib.

Şagirdimizi təbrik edirik və növbəti yarışmalarda ona uğurlar arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi