Ulu öndər Heydər Əliyevin 97 - ci ildönümü qeyd olunub

Bu gün 10 May 2020 - ci il xalqımızın xilaskar oğlu, müdrik siyasətçi və dövlət xadimi, yaşadığı ömür yolu xalqına, vətəninə sevgi, sədaqət nümunəsi olan, dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik məktəbi yaradan, əzmkarlığı, qətiyyəti ilə gənc nəslə örnək olan dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 97 - ci ildönümü qeyd olunur.

Müəllimlərimiz onlayn dərslərini ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr ediblər. Dərsdə ümummilli liderin həyatı və fəaliyyəti haqqında şagirdlərə geniş və əhatəli məlumat verilib. Şagird təqdimatları dinlənilib.

 Dərsin əsas məqsədi şagirdlərə Vətənə, dövlətçilik tariximizə və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev irsinə məhəbbət, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaqdan ibarət olub.

Şagirdlərimiz söylədikləri seirlərlə, çəkdikləri rəsmlərlə, hazırladıqları onlayn video - təqdimatlarla, oxuduqları mahnılarla Ulu Öndərə sonsuz məhəbbət və sevgilərini ifadə ediblər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi