Şuşanın işğalından 28 il ötür

8 may 2020-ci il - Azərbaycanın dilbər guşəsi Şuşanın işğal günüdür. Bu gün mənfur düşmənlərin ayağı altında tapdalanan, inləyən, fəryadı bir tarixə sığmayan Şuşanın işğalından 28 il ötür.

Şagirdlərimiz Şuşa şəhərinin tarıxi, mədəniyyəti, görkəmli musiqiçiləri, incəsənət xadimləri, mədəniyyət abidələri haqqında onlayn video - təqdimat hazirlayıblar.

Təqdimatda qeyd edilib ki, işğal zamanı Şuşada insanlar qətlə yetirilib, doğma yurd-yuvalarından didərgin salınıb. Şəhərin qiymətli tarixi abidələri dağıdılıb, nadir sənət inciləri talanıb, Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri güllələnib.

Tarix bunu heç zaman bağışlamayacaq. Şuşa da, işğal altında olan digər torpaqlarımız da geri alınacaq.

Sonra şagirdlər Şuşaya həsr olunmuş şeirlər söyləyiblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi