Onlayn valideyn iclasları keçirilib

24.04.2020–ci il tarixdə məktəbin 1a və 7a siniflərində onlayn valideyn iclasları keçirilib.
İclasda şagirdlərin onlayn dərslərdə iştirakı, mövcud şəraitdə keçirilən dərslərin şagirdlər tərəfindən mənimsənilməsi vəziyyəti müzakirə olunub.
Valideynlər keçilən dərslərdən məmnun qaldıqlarını bildiriblər və müəllimlərə təşəkkur ediblər.
İclasların keçirilməsində məqsəd mövcud karantin dövründə şagirdlərin onlayn təhsilə cəlb edilməsi, valideyn-müəllim-şagird münasibətlərinin möhkəmləndirilməsidir.