Aztəminatlı ailələrə yardım edilib

Aprelin 23-də Bakı şəhəri 102 nömrəli tam orta məktəbin kollektivi sosial yardımlaşma təşəbbüsünə qoşularaq 35 aztəminatlı ailəyə ərzaq yardımı edib.
Yardım aksiyasının məqsədi pandemiya dövründə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək, yaşayışında çətinlik yaranmış, ehtiyacı olan insanlara kömək etməkdir.