Xocalının harayı

26 fevral 2020-ci il tarixdə məktəbimizdə ilk dərslər Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunub. “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və məktəbin “Tədbirlər Planı”na əsasən tədris olunan dərslər Xocalı qurbanlarının xatirəsini  yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, şagirdlərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədləri ilə keçirilir.

İlk dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, iqtisadiyyatı, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar.

Faciə zamanı öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından, soyqırımı törədənlərin vəhşi və qeyri-insani xislətindən bəhs ediblər. Bildirilib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və bu hadisə yaddaşlarımızdan heç vaxt silinməyəcək. Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı təqdimatları dinlənilib.

Şagirdlər Vətənə, torpağa aid şeirlər səsləndiriblər, onların hazırladıqları fotostendlər və guşələr nümayiş etdirilib.

Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar müəllim və şagird kollektivinin “Ana fəryadı” abidəsinə ziyarəti də təşkil olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi