Beynəlxalq Ana Dili Günü qeyd olunub

Bu gün məktəbimizdə 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib. Tədbiri məktəbin Azərbaycan dili müəllimi Samirə Zeynalova hazırlayıb.

Tədbirdə IV-VIII sinif şagirdləri, müəllimlər və valideynlər iştirak ediblər. Şagirdlərə Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verilib. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz  xidmətləri xüsusilə qeyd olunub.

Şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyiblər, səhnəciklər göstəribər, doğma dilimizə sevgi hisslərini nümayiş etdiriblər.

21 fevral Beynəlxalq Ana Dili Gününün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi