Məktəbli layihəsi

Fevralın 20-də məktəbimizdə Təhsil Nazirliyinin xətti ilə “Məktəbli layihəsi” çərçivəsində maarifləndirici tədbir həyata keçirilib.

Layihənin əsas məqsədi məktəblilərə şəxsi gigiyenanın vacibliyini izah etməkdən, onlara şəxsi gigiyena qaydalarını öyrətməkdən ibarət olub.

Tədbirdə IV sinif şagirdləri iştirak ediblər. Çıxış edən həkim və layihə əməkdaşları insan həyatı üçün sağlamlığın vacibliyindən danışaraq qeyd ediblər ki, uşaqlar daim hərəkətdə olduqları üçün yeniliklər kəşf etməyi sevirlər. Onların aktiv həyatında əllərin təmiz saxlanılmasının əhəmiyyətini izah etmək çox vacibdir. Bu maarifləndirici tədbirlər ailələrdə, məktəblərdə uşaqlara mütləq izah edilməlidir. Məktəblilərin sağlamlığını düşünmək  hər birimizin məsuliyyətlə yanaşmalı olduğumuz bir məqamdır.

Çıxışlardan sonra mikrobların ziyanından danışılan cizgi filmi nümayiş etdirilib. Uşaqların izlədikləri cizgi filmindən nə öyrəndiklərini görmək və doğru istiqamətləndirmək üçün şagirdlərlə diskussiya, sual-cavab təşkil olunub.

Uşaqları maraqlandıran suallar layihə əməkdaşları tərəfindən cavablandırılıb.

Sonra isə şagidlərə hədiyyələr təqdim olunaraq kollektiv şəkil çəkilib.

 

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi