Narkomaniyaya və zərərli vərdişlərə qarşı mübarizə tədbirləri

14 fevral 2020-ci il tarixdə məktəbimizdə “Narkomaniyaya və zərərli vərdişlərə qarşı mübarizə tədbirləri" istiqamətində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Bakı şəhəri Baş Polis İdarəsinin “Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili” bölməsinin rəisi Məryəm Ömərova, həmin bölmənin inspektoru polis baş leytenantı Ruslan Məmmədov, BŞBPİ-nin “Narkotiklərlə mübarizə” idarəsinin baş əməliyyat müvəkkili Naib Ömərov, Binəqədi Rayon Polis İdarəsinin “Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili” bölməsinin rəisi  polis kapitanı İlham Atakişiyev və həmin bölmənin baş inspektoru polis polkovnik leytenantı Fizzə Məmmədova və Binəqədi Rayon Qeydiyyat Şöbəsinin rəisi Tahirə Əsgərova, məktəbin direktoru M.H.İsmayılova, IX, X, XI sinif şagirdləri, sinif rəhbərləri və valideynlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd IX, X, XI sinif şagirdlərində sağlam həyat tərzi formalaşdırmaq, şagirdlərin zərərli vərdişlərdən, narkotik maddələrdən qorunmasını təmin etmək, onların məlumatlılıq səviyyələrini artırmaq, narkotik maddələrin insanın həyatında yaratdığı fəsadlar haqqında şagirdlərə məlumatlar vermək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi