"Heydər Əliyev dərsləri" keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının, dövlətçilik siyasətinin, zəngin irsinin tədqiq və təbliği məqsədi ilə XI sinif şagirdlərinə xüsusi dərslərin keçirilməsi davam edir.

Əvvəlcədən tərtib olunmuş qrafikə əsasən 83 və 102 nömrəli məktəblərin XI sinif şagirdlərinə növbəti dərs 14 fevral 2020-ci ildə 276 nömrəli tam orta məktəbdə keçirilib.

Dərsi aparan tarix müəllimləri ulu öndər Heydər Əliyevin zəngin irsi və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat veriblər. Şagirdlər hazırladıqları tədqiqat işləri ilə çıxış ediblər. 

“Heydər Əliyev irsinin öyrənilməsi” istiqamətində xüsusi dərslərin keçirilməsində əsas məqsəd ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin daha dərindən öyrənilməsi və təbliğ edilməsi, şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ulu öndərin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi