15 sentyabr-Bilik günü

Azərbaycanda 15 sentyabr  tarixi bilik günü kimi qeyd olunur.Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadlı, bilikli,geniş dünya görüşlü,nümunəvi əxlaqa malik insanlar yetişir.Bu insanlar isə cəmiyyəti  daha da inkişaf etdirirlər.Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə, sevinc  və həyəcanla gözlənilən, tən-tənəli  şəkildə qarşılanacaqları  yeni həyata məktəb həyatına qədəm qoyacaqları bir gündür.Bu il məktəbimizə   168 nəfər Azərbaycan bölməsinə ,   34  nəfər  rus bölməsinə  qəbul olunub. Birincilər onlar üçün hazırlanmış sinif otaqlarında yeni dərs günlərini qarşıladılar. Məktəbin həyətində onlar üçün hazırlanmış tədbirə tamaşa etdilər.

Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: Ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi