"Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı"

Bildiyimiz kimi 20-28 iyul 2019-cu il tarixində Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçirildi. Ümumilikdə 50 Avropa ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyyəti yarışa qatıldı. 10 idman növü üzrə: bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş yarışlar keçirildi. Avropa Gənclər Festivalının ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq və Olimpiya dəyərləri və ideyalarını öyrətmək məqsədilə Avropa Olimpiya komitəsinin sabiq prezidenti Jak Roq tərəfindən 1990-ci ildə irəli sürülmüşdür.
Gənclərdə bu idman oyunlarına olan maraq sayəsində bir qrup şagirdlərimiz Su İdman Sarayında keçirilən yarışda iştirak etdilər.