SON ZƏNG 2019

2018-2019-cu tədris ilinin başa çatması münasibətilə 100 nömrəli tam orta məktəbdə də "Son zəng" keçirildi. Bu məktəb üçün iki qat bayram oldu. Çünki tədbirdə Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, icra başçısının müavini Aygün Əliyeva, Binəqədi rayon Yeni Azərbaycan Partiyasının sədri Ramiz Göyüşov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, məktəbin şagird heyəti və müəllim kollektivi, həmçinin valideynlər iştirak etmişlər. Məzunların buraxılış tədbiri dövlət himninin səsləndirilməsi ilə başladı. Məzunları təbrik edən məktəbin direktoru Gülnarə Məmmədova məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib. Daha sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov gələcəyimiz olan bu gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə etdi. məzunları təbrik etdi və onlara gələcək həyatlarında uğurlar arzuladı.
Məktəbin şagird və müəllim kollektivini məzun günü münasibəti ilə təbrik edən Binəqədi Rayon İcra Hakmiyyətinin başçısı Elxan Allahverdiyev müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətində uğurlar arzuladı. Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, Coşqun Viləş, Rüfət Əsədovun ifa etdikləri mahnılar, Azər Abbasovun tarda möhtəşəm ifaları və rəqslər iştirakçılar tətərəfindən maraqla qarşılandı. Sonra məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri onbirillik məktəb həyatının sonuncu zəngi çalındı.