Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü

Azərbaycan qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqın keçmişin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır.Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.Məktəbdə bədii ədəbi gecə keçirildi. Tədbirin təşkilatçısı tərbiyə işləri üzrə direktor müavini Abulova Təranə, UBTR rəhbəri Məmmədova Nəzakət ,müsiqi müəllimi Abbasova Samirə idi.Onlar Cümhuriyyətin yaranmasında rolu olan görkəmli şəxsiyyətlər haqqında şagirdlərə məlumatlar verdilər. Tədbirdə vətənə aid mahnı, seir,rəqs nümunələri səsləndi.