Balaca rəssamımız

Məktəbin 4a sinif şagirdi Əliyeva Nəzrin 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Nə yaxşı ki mən varam" Respublika rəsm müsabiqəsinin onlayn səsvermə nəticələrinə əsasən 9-12 yaş kateqoriyasında müəyyən edilmiş 2-ci yerin qalibi olmuşdur. Məktəb kollektivi adından balaca rəssamımızı təbrik edir, gələcəkdə adının tanınmış rəssamlar arasında çəkilməsini arzulayırıq.