Milli mənəvi dəyərlərimiz

Milli mənəvi dəyərləri ilə tarixə söykənən Azərbaycan əsrlərdən bizə gəlib çatan abidələri, daş yaddaşı, milli əxlaqi dəyərləri, milli mədəniyyəti ilə yüksək məfkurəyə malik olduğunu bir daha göstərir. Bu ali dəyərlər milli mövcudluğumuzun bir xalq olaraq yaşam tərzimizin milli kimliyimizin göstəricisi, fərdi və fərqli modelimizdir. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs mənəvi borcudur. Məktəbin musiqi müəllimi Samirə Abbasova bu dəyərləri uşaqlarda aşılamaq məqsədilə onları dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ev muzeyinə aparmışdır. Şagirdlər orda bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat əldə etmişlər. Daha sonra İçərişəhər, Qız Qalası tarixi abidələrini ekskursiya etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi