Azərbaycanın tarixi

Tarix boyunca Azərbaycanın başına gələn faciələrin sayını artıq unutmuşuq. Amma sözün əsl mənasında bir millət olaraq mövcudluğumuzu təsdiq etmək istəyiriksə, o zaman faciələrimizi bilməli və dərs almalıyıq. Faciəsini unudan millət var olmur. Tarixin bütün mühim məqamlarını uşaqların yaddaşına köçürən İslamova Almaz "Türkmənçay müqaviləsi" mövzusu ilə uşaqları tanış etdi. 1813-1828-ci illərdə Azərbaycan dövlətinin ərazisi 410 min kv.km olub. Türkmənçay müqaviləsi ilə Azərbaycanımızın Arazın güneyindəki 210 min kv.km ərazisi İrana, 130 min kv.km ərazisi Rusiyaya qatıldı. Türkmənçay müqaviləsi Azərbaycan türklərinin vahid tarixi torpaqlarının parçalanması demək oldu. Dərsin ən kuliminasiya nöqtəsi ermənilərin öz əlləri ilə tikdikləri abidənin elə özləri tərəfindən dağıdılması oldu. Bunun səbəbini soruşan Almaz müəllimə şagirdlərdən məntiqli cavab da aldı. Dərs vətənpərvərlik ruhunda video ilə tamamlandı.