Nəsimi yaradıcılığı

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar təşkil olunan silsilə tədbirlər məktəbimizdə davam edir. Azərbaycan dili və ədəbiyyat müəllimi Fəxriyyə Əkbərova Nəsiminin yaradıcılığı haqqında şagirdlərə məlumat verdi. O bildirdi ki böyük filosof şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii fəlsəfi şeirin özülünü qoymuş, bədii söz sənətimizi forma və məzmunca zənginləşdirmiş söz ustadıdır. Nəsimi yaradıcılığı nəinki Azərbaycan ədəbi mühitinin formalaşmasına, eləcə də ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm etməklə dünya ədəbiyyatına böyük təsiri olub. Çünki, Nəsimi bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkirdir. Şagirdlər Nəsiminin şeir və qəzəllərindən nümunələr söylədilər. Tədbirdə iştirak edən Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar Mehdiyeva Nəsimi yaradıcılığının böyük tərbiyəvi və maarifçi əhəmiyyətindən danışdı. Bu gün gənc nəslin əxlaq tərbiyəsində Nəsimi yaradıcılığı kamil insan düsturunu öz misralarında oxucuya aşılayır. Nəsiminin əsərlərində hər kəsə özünü tanımaq yollarını göstərmək, kamil insan yetişdirmək, insanlardakı bacarıqları üzə çıxarmaq və onlara istiqamət vermək kimi ideyalar müasir pedaqoji fikrin əsas ideyaları ilə uzlaşır. Tədbirdə Nəsimi yaradıcılığını əks etdirən “Nəsimi” filmindən fraqmentlər göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi