Uşaq hüquqları

Hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib. Çünki müasir dünyada uşaq hüquqları ən müxtəlif şəraitlərdə pozulur. Evdə, məktəbdə, müəssisələrdə və ən nəhayət icmalarda uşaqlar fiziki, psixoloji və cinsi təzyiqlərə məruz qalırlar. Uşaqlara Qarşı Zorakılıq üzrə Dünya Hesabatına görə, hər il milyonlarla uşaq məcburi əməyə cəlb edilir, istismar olunur və insan alverinin qurbanına çevrilir. Məktəb müəllimləri şagirdləri həyat bilgisi, tarix dərslərində insan hüquqları ilə yaxından tanış edirlər. Təhminə Əzimova həyat bilgisi dərsində 2-ci sinif şagirdlərini uşaq hüquqları ilə tanış etdi. Dərsdə bu mövzuya dair slaydlar nümayiş etdirildi. Sorğu aparıldı. Uşaqlar bildikləri hüquqları barəsində məlumat verdilər.