Qəhrəmanlar heç vaxt unudulmur!

Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Vətənin müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal və arzudur. Azad və müstəqil olmayan vətəndə azad vətəndaş ola bilməz. Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Həmin qəhrəmanların təbliği isə gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Onu da qeyd edək ki, şəhidlərimiz qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdır. Bu məqsədlə məktəbdə 5, 6 və 8-ci sinifər arasında “Mənim sevdiyim milli qəhrəman” mövzusunda təqdimatlar nümayiş olundu. Şagirdlər seçtikləri qəhrəmanlar haqqında məlumatlar verdilər. Qəzet nümayiş etdirdilər. Onlara aid şeirlərlə çıxış etdilər. Tədbirin təşkilatçısı təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Abulova və uşaq təşkilatı birliyinin rəhbəri Nəzakət Məmmədova şagirdlərin bu layihədə fəal iştirakına görə öz təşəkkürlərini bildirdilər. Eyni zamanda tədbirdə tarix müəllimi Ramella Aslanova, Azərbaycan dili və ədəbiyyat müəllimi Nüşabə Məmmədova, musiqi müəllimi Samirə Abbasova, rəsm müəllimi Sara Məmliyeva, riyaziyyat müəllimi Aynurə Əlizadə iştirak edirdi. Onlar da öz tövsiyyələrini şagirdlərə bildirdilər.