İslam dini elmə və inkişafa çağırış dinidir

Məktəbdə dini hadisə, mərasim və bayramların sosial-ictimai və mənəvi nailiyyəti haqqında tədbir keçirildi. Bu mövzuyla geniş məlumatı uşaqlara Azərbaycan dili və ədəbiyyat müəllimi Zemfira Əliyeva çatdırdı. O İslam dininin yaranması, bu dinin humanist mahiyyəti gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, elmə və inkişafa çağırış dini olması barədə məlumat verdi. Eyni zamanda Ramazan və Qurban bayramlarının tarixi, onların keçirilmə qaydaları haqqında izahla yanaşı slaydlar nümayiş etdirildi. Tədbirin iştirakçıları olan 6-cı, 7-ci, 8-ci sinif şagirdləri onları maraqlandıran suallarla müəlliməyə müraciət etdilər. Zemfira müəllimə onların suallarını böyük həvəslə cavablandırdı. Sonda Zemfira müəllimə bir daha qeyd etdi ki, İslam dini sülh və əmin-amanlığa çağırış dinidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi