Tullantıdan sənətə

Bakı şəhərində sanitar-təmizlik aylığının keçirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən yaz-yay mövsümünün başlanması ilə əlaqədar rayonun sanitar-təmizliyini təmin etmək, abadlıq və yaşıllıqları qoruyub saxlamaq və yaxşılaşdırmaq məqsədilə Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının müvafiq saylı Sərəncamı ilə “Rayonumuzu Təmiz Saxlayaq” layihəsi çərçivəsində 15.05.2019- cu il tarixində olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəbdə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, baş məsləhətçisi Elnur Məmmədov, məktəbin kollektivi, şagirdlər və valideynlər iştirak edib.
İlk olaraq qonaqla məktəbin şagirdlərinin əl işlərindən ibarət rəsm əsərləri və “Tullantıdan sənətə” sərgisi ilə tanış olublar.
Çıxış edən məktəbin direktoru Gülnarə Məmmədova bu kimi sərgilərin əsas məqsədinin uşaqlara ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirmək olduğunu bildirdi. Çıxış edən Aygün Əliyeva ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunduğunu bildirdi. Natiq sevdiklərimizə daha yaxşı dünya əmanet etməyimiz üçün hər birimizin böyük öhdəlik götürməli olduğumuzun vacibliyindən danışdı.
Sonda şagirdlərin ifasında şerlər, mahnılar və səhnəciklər nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi