Qəlblərdə yaşayan Ulu Öndər

Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir . Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa,tərəqqiyə qədəm qoydu. O,bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. Dahi Ulu Öndərimiz Heydər Əliyev bütün sahələrə diqqət yetirirdi. Azərbaycan musiqisi, incəsənəti və mədəniyyətinə xüsusi dəyər verirdi. O, deyirdi: “ Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək,həmişə yaşayacaqdır. Mədəniyyət bəşəriyyətin toplaqığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
Bu gün məktəbimizdə Ulu Öndər anadan olmasının 96 illiyi münasibətiylə UBT-nın rəhbəri Nəzakət Məmmədovanın təşkilatçılığı ilə “Heydər Əliyev və müsiqi” adlı müsabiqə keçirildi.Müsabiqə musiqi alətlərini ifa edən şagirdlər arasında keçirildi.Münsiflər heyətini 5 nəfər təmsil edirdi : Musiqi müəllimi Samirə Abbasova,təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Abulova,məktəbin psixoloqu Təranə Vəliyeva,kitabxana müdiri Vüsalə Qubadova və azərbaycan dili və ədəbiyyat müəllimi Nüşabə Məmmədova.
Sonda şagirdlər musiqi müəlliminin müşaiəti ilə “Cəngi” səsləndirdilər.