Qəhrəmanlar ölmürlər

Tariximizin qan yaddaşı olan Qarabağ təkcə Azərbaycan xalqının yox,bütün türk dünyasının qibləgahı,namusu,qeyrətidir.
Qarabağ uğrunda canlarından keçən oğullarımız, igidlərimiz çoxdur.
Bizim məktəbimizin məzunu Namiq də Qarabağ uğrunda canından keçən mərd oğullarımızdan biridir.
Namiq Fərəczadə 01.10.1974 –cü ildə Rəsulzadə qəsəbəsində zəhmətkeş bir ailədə anadan olmuşdur.
Arzuları tükənməz idi. Məktəbi bitirəndən sonra təhsilini davam etdirmək,bir peşəyə sahib olmaq istəyirdi.
Amma həyatın sınağı Namiqdən yan keçmədi. Hərbi xidməti zamanı o, Ağdama göndərilir və burada N-saylı hərbi hissənin 4-cü batalyonunda erməni qəsbkarlarına qarşı mübarizə aparmışdır.1993-cü ildə Ağdamın Şelli kəndi yaxınlığında gedən döyüşdə qəhrəmancasına şəhid olur.
Oktyabrın 1- i məktəbimiz Namiq Fərəczadənin anadan olduğu günü hər il olduğu kimi bu il də xatırladı.Şagidlər kompozisiyalar‚şeir nümunələri və çıxışlar hazırlayaraq şəhidimizi yad etdilər.