“Beynəlxalq Sülh Günü”

Sülh-əmin amanlıqdır, asayışdır,bolluqdur,bərəkətdir.sülh ağ göyərçinlərin mavi səmada
Uçuşu,körpələrin üzünün təbəssümü, uşaqların şaqraq gülüşləridir.Dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il 21 santyabr tarixinin Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir.
21 sentyabr tarixi nəinki xalqlar arasında,həmçinin ailələrdə, məktəblərdə,ictimaiyyətdə münasibətlərin sağlamlaşması üçün bir fürsətdir.Buna görə də yaşından,irqindən, milliyyətindən,dinindən və cinsindən asılı olmayaraq,sülh istəyən hər kəsin yardımına ehtiyac duyulur. Respublikamızda son illər Beynəlxalq Sülh Günü xüsusi olaraq qeyd edilməkdədir.
Bu münasibətlə məktəbimizdə şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi,şeir müsabiqəsi,sülhü təmsil edən qruplardan ibarət dərs keçirildi.