Uşaqlarımızı sevək

Uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqları Beynəlxalq müdafiə günü on illərdir bütün dünyada keçirilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Bizim xalqımızın ən nəcib, ən gözəl xüsusiyyətlərindən və ulu babalarımızdan bizə qalmış ənənələrdən biri də odur ki, Azərbaycan xalqı həmişə uşaqsevər olmuşdur. Xalqımızın xüsusiyyəti, ən gözəl ənənələrindən biri də ondan ibarətdir ki, bizim insanlarımız, təkcə valideynlər yox, ümumiyyətlə hamı uşaqlara xüsusi qayğı, xüsusi münasibət göstərir, uşağı böyütməyi, ərsəyə gətirməyi, uşağa tərbiyə verməyi insanların əksəriyyəti həyatının mənası və məqsədi hesab edir.

1iyun –Uşaqların Beynəlxalq  Müdafiəsi günü münasibətiə məktəbimizdə bir sıra tədbirlər keçirildi.İbtidai sinif şagirdlərinin əl işlərindən ibarət sərgi keçirildi."1C" sinif şagirdlərinin ifasında müxtəlif rəqs və musiqi nümunələri nümayiş edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi