Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi

22 may 2018-ci il tarixdə 100 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, məktəbin müəllim kollektivi və şagird heyəti həmçinin valideynlər iştirak etmişdir.
Əvvəlcə məktəbin həyətində şagirdlər hazırladıqları flaşmobda rəngli taxtalar üzərində əks olunmuş hərf və rəqəmləri birləşdirərək “CÜMHURİYYƏT 100” və Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirini yaratmışlar.
Daha sonra məktəbin foyesində şagirdlərinin əl işlərindən ibarət “CÜMHURİYYƏT 100”adlı rəsm sərgisinə baxış keçirildi.
Tədbirdə aparıcı iştirakçılara şanlı tariximiz haqqında geniş məlumat verildi, məktəbin şagirdlərinin ifasında mahnı və şeirlərdən ibarət kompozisiyalar səsləndirildi. Kompozisiyalarda Cumhuriyyət tarixinin bütün anları, Cümhuriyyətə aid şeir parçaları, mahnılar və nəsr parçaları əks olunmuşdur.