Şəhid Fəxrəddin Qurbanlının xatirəsinə dostluq yarışı

Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Fəxrəddin Qurbanlının əziz xatirəsini yad etmək məqsədilə məktəbimizin fiziki tərbiyə müəllimləri İradə Əmirəli, Reyhan Beydullayeva və Şəhla Əliyeva tərəfindən 9–11-ci sinif şagirdləri arasında dostluq voleybol görüşü təşkil olunub.
Görüşün əsas məqsədi şəhidimizin əziz xatirəsini uca tutmaqla yanaşı, məktəblilər arasında dostluq və həmrəylik münasibətlərini möhkəmləndirmək, gəncləri sağlam həyat tərzinə təşviq etmək olmuşdur.
Tədbirdən əvvəl iştirakçılara şəhid Fəxrəddin Qurbanlının həyat və döyüş yolu haqqında məlumat verilib, onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Voleybol görüşü mehriban və dostluq şəraitində keçib. Komandalar rəqabətdən çox birliyə, həmrəyliyə və idman mədəniyyətinə önəm veriblər.
Belə tədbirlər məktəblilər üçün yalnız idman fəaliyyəti deyil, həm də vətənpərvərlik tərbiyəsinin vacib bir hissəsidir. Məktəb kollektivi olaraq şəhid Fəxrəddin Qurbanlının əziz xatirəsini daim yaşadacaq və gənc nəsildə onun kimi qəhrəmanlara hörmət hissi aşılayacağıq.