Xocalıya aid dərslər

Xocalı soyqırımı xalqımızın yaddaşında əbədi olaraq sağalmaz izlər salıb. Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə, Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğındır.

Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olmuşdur. 1275 xocalılı əsir, 150 insan itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.  1994-cü ildən dövrün Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görmüşdür. Ulu öndərin davamçısıprezident İlham Əliyev “ Dəmir Yumruq’ sayəsində torpaqlarımız işğaldan azad olundu.Və Azərbaycan bayrağı öz doğma torpaqlarımızda  daha doğrusu öz məxsus olduqları yerdə dalğalanaraq xalqımıza qürur hissini bir daha bizlərə yaşatdı.Xalqımızın başına açılan bəlaları yaddaşımıza əbədi olaraq həkk eləmişik.Zaman keçdikcə tariximizi təkrarlamaq və unutmamaq üçün şagirdlərə mütəmai olaraq yaddaşımıza aid dərslər keçirilir.   ‘’Xocal faciəsi’’nə həsr edilmiş dərslər keçirildi.Tarix müəllimi Tural müəllim şagirdlər ilə faciə haqqında dərs keçərək tarimizi bir daha təkrarladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi