Pedaqoji şura

2023/2024-cü tədris ili I yarım il yekunlarına dair Pedaqoji Şura iclası keçirildi.
İclası açıq elan edilməmişdən öncə Azərbaycan Respublikasının Dövlərt himni səsləndirildi. İclası müvəqqəti direktor vəzifəsini icra edən A.Qubadova açıq elan etdi. İclasın gündəliyini pedaqoji heyətin nəzərinə çatdırdı. İclasda ilk olaraq məktəbin yeni Həmkarlar Birliyinin sədri və tərkibinin təsdiq edilməsi həyata keçirildi. İlk öncə məktəbin Həmkarlar birliyinin sədri Təranə Vəliyeva tərəfindən məktəb üzrə Həmkarlar Birliyinin fəaliyyətinə dair hesabat təqdim edildi. Pedaqoji heyətin səs verməsi ilə məktəbin Həmkarlar Birliyinin sədri və heyəti təsdiq olundu.
Müvəqqəti direktorr vəzifəsini icra edən Arzu Qubadova I yarım il məktəbin təlim-tərbiyə istiqamətində görülmüş işlər barədə məlumat verildi. Məktəb- valideyn münasibətində “Ümumitəhsil müəssisələrində şagird davranış qaydaları”, “Müəllimlərin etik davranış qaydaları”- pedaqoji heyətə təqdim edildi.Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təhsilin keyfiyyətinə nəzarət sektoru tərəfindən keçirilən monitorinqin nəticələri müzakirə edilib təhlil olundu.Direktor müavinləri,uşaqlarla məktəbdənkənar və sinifdən xaric işləri üzrə təşkilatçı-çıxış edərək pedaqoji heyətə gündəlik məsələlər haqqında I yarımil haqqında məlumat verdilər.
Həmçinin şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi, müəllimlər və şagirdlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi,ümumi təhsil müəssisələrində valideynlərlə isin artırılması, sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı için artırılması, fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərinin tətbiq olunması və bir sıra mühüm məsələlərə toxunulub, müzakirə edildi.
Gənc kadrların işləri barədə söhbət edildi. Bu işdə onlara daha da fəal olmaları tövsiyyə olundu. İşlərində isə uğurlar arzu edildi.