Zəfərin mübarək Azərbaycan

44 gün – Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. Vətən müharibəsi, “dəmir yumruq” əməliyyatı, 2-ci Qarabağ savaşı, böyük qələbə kimi də adlandırılan bu 44 günlük şanlı zəfər tarixindən hər kəsin yaddaşına əbədi həkk olundu. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti 44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərdi. O güc ki, heç bir beynəlxalq təşkilat tərəfindən, heç bir bəyanat və danışıqlar nəticəsində həll yolunu tapa bilməyən gerçəklər bu 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə hayqırdı.  Torpaqlarımızdan ayrı qaldığımız 30 ilin kini, nifrəti, nisgili, ağrısı-acısı vulkan olub 44 gündə püskürdü və bu vulkandan çıxan od-alov düşməni yandırdı.

Məktəbin şagirdləri Vətənin bütövlüyü uğrunda canından keçən şəhidləri, sağlıqlarından keçən oğulları, daima təhlükəsizliyimizi qoruyan igidləri -bizə yaşatdıqları qələbəyə görə daima qürur hissi ilə xatərlayır və yad edirlər.

Siniflərdə müxtəlif tədbirlər keçirildi, şeirlər səsləndirildi, kompozisiyalar təqdim edildi.

Zəfərin mübarək Azərbaycan!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi