Birincilərin məktəbə adaptasiyası

Birinici sinif şagirlərinin valideynləri ilə birincilərin məktəbə adaptasiyası mövzusunda məktəbin psixoloqları Təranə Vəliyeva, Səma Orucova  tərəfindən görüş təşkil edilmişdir. Birinci sinif şagirdlərinin məktəbə adaptasiyası mərhələli prosesdir. Bu proses şagirdin məktəbə fiziki, psixoloji hazırlığından, valideyn və müəllimin adekvat yanaşmasından asılıdır. Birincilərin məktəbə adaptasiyasının təşkili məqsədi ilə uşağa düzgün psixoloji yanaşma haqqında valideynlərə ilkin tövsiyələr verilmiş, mövzu ətrafında valideyn uşaq münasibətlərinin əhəmiyyətindən, valideylərin nitqdə istifadə etməli olduğu vacib cümlələrdən bəhs edilmişdir. Valideynlərin adaptasiya dövründə qarşılaşdıqları çətinliklərlə bağlı sualları cavablandırılmış və müvafiq məsləhətlər verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi